Türkiyə Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir.
Sportal.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "24 Erzurumspor"u qəbul edib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) II Liqa təmsilçisi növbəti raunda yüksəlib. "Adana Demirspor" isə kubokda mübarizəni dayandırıb.
Şahruddin Məhəmmədəliyev bu oyunda iştirak etməyib. 29 yaşlı qapıçının adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
saytlarin hazirlanmasi