Türkiyə Kubokunda 5-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" səfərdə "Qalatasaray"ın qonağı olacaq. matç Bakı vaxtilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Coşqun Diniyev mövsümün əvvəlindən "Ümraniyespor"da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi