Millimizin üzvü Polşa klubunda - RƏSMİ

14:05 - 20 Yanvar 2024

Azərbaycan milli komandasının və "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.

Sportal.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məmmədovla 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti