Millimizin sabiq müdafiəçisi Kosova çempionatında

12:12 - 26 Yanvar 2024

Azərbaycan yığmasının sabiq müdafiəçisi Elvin Yunuszadə “İrəvan”dan ayrılıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, cari mövsümün ilk yarısını I Liqa təmsilçisində keçirən 31 yaşlı oyunçu yenidən ölkə xaricinə yollanıb.

O, karyerasını Kosovoda davam etdirəcək.

Eks "Qarabağ"lı "Fuşe Kosovo” ilə müqavilə imzalayıb. Yunuszadə yeni komandası ilə “6 ay + 1 il” formatında sözləşmə imzalayıb.

"Neftçi"nin yetirməsi Balkan yarımadasında aylıq 2000-2500 dollar civarında əməkhaqqı alacaq.

Tərəflər gedişatdan razı qalarsa, gələn sezon məvacibi daha 500 dollar artırılacaq.

Xəbər xətti