Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Sakaryaspor"u qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 28 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
"Ümraniyəspor" 26 xalla 10-cu pillədədir.
saytlarin hazirlanmasi