Türkiyə Super Liqasında 24-cü turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Fatih Karagümrük"ü qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 89-cu dəqiqədə meydana daxil olub.
24 turdan sonra 28 xal toplayan "Hatayspor" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi