Futbol üzrə Niderland I Divizionunda 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Emmen"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib.
24 oyun keçirən "Eyndhoven" 31 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi