"Fənərbaxça" futbolçusu Linkoln Enrikeni icarəyə verib.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını icarə əsasında "Braqantino"da keçirəcək.
Qeyd edək ki, "Fənərbaxça" Linkoln Enrikeni 2022-ci ilin yayında "Santa Klara"dan transfer edib. Orta xətt oyunçusu bu mövsüm komandanın heyətində bir rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi