Azərbaycan Premyer Liqasında legioner həyatı yaşamış azysalı polşalılardan biri Lukas Sapeladır.
Aktiv futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərən Lukaş Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Rahil Məmmədov haqda danışıb.
“Rəvan", "GKS Belşatov", "Miedz”( Leqniça) komandalarının qapısını qorumuş 41 yaşlı mütəxəssis sabiq “Qarabağ”lının “LKS Lodz”a transferini bu cür dəyərləndirib:
“Rahil Məmmədovu yaxşı tanıyıram, “Qarabağ”da və Azərbaycan millisində oynayırdı. Onun transferi polşada diqqətçəkən qış transferlərindən biridir. Çünki Rahil Polşanın böyük komandalarından birinə transfer olub. “LKS Lodz”un yeni stadionu, yaxşı məşq bazası və möhtəşəm azarkeşləri var. Düzdür, komanda hazırda sonuncu pillədədir, amma bu, müvəqqətidir.
Yoxlama görüşlərində də Rahil hamısında oynadı. Məncə, komandada əsas oyunçulardan birinə çevriləcək. Hiss olunur ki, kollektiv də onu çox yaxşı qarşılayıb. Rahilin “LKS Lodz”dakı çıxışını yaxından izləyəcəm. O, yaxşı futbolçudur. Əminəm ki, Polşada uğurlu çıxış edəcək”.
Mirbağırağa
saytlarin hazirlanmasi