"Qalatasaray"ın futbolçusu Dris Mertenə daha bir təklif gəlib.
Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi sabiq komandalarından birinə geri qayıda bilər.
Mertensə “Utrext”dən təklif gəlib. 37 yaşlı futbolçunun Türkiyəni tərk edib-etməməsi mövsümün sonunda dəqiqləşəcək.
Onun “Qalatasaray”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Mertens 2009-2011-ci illərdə “Utrext”də çıxış edib.