Yunanıstanda çempionun adına aydınlıq gəldi - sona 3 tur qalmış

01:14 - 14 Aprel 2025

Futbol üzrə Yunanıstan çempionatında 29-cu turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, "Olipiakos"bu turda  AEK-i 1:0 hesabı ilə məğlub edərək mövsümün sonuna üç tur qalmış çempionluğu təmin edib.

Bu, "Olimpiakos"un son üç il ərzində ilk, ümumilikdə isə 48-ci çempionluğudur. Klub bu göstərici ilə Yunanıstan çempionatının rekordçusudur.

Qeyd edək ki, ölkənin bütün digər klublarının birlikdə qazandığı çempionluqların sayı cəmi 41-dir.

 

Xəbər xətti