"Bir neçə ay əvvəl mən sadəcə çimərlikdəydim və futbol oynamaq istəmirdim"

22:46 - 14 Aprel 2025

Voyçex Şesnı Barselona” üçün çıxış etməsi barədə fikirlərini bölüşüb:

Sportal.az xəbər verir ki,Şesnı Dortmund “Borussiya”sına qarşı keçiriləcək Çempionlar Liqası cavab oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Mən burada əsas qapıçını əvəz edirəm, amma açıq-aşkar deyim ki, Çempionlar Liqasında oynamaq istəyirəm. Əgər Flik başqa qərar versə, onun fikrinə hörmətlə yanaşacağam. Bəli, mən Çempionlar Liqasında oynamışam, amma biz hamımız eyni vəziyyətdəyik. Oyunun gedişində olan təzyiqə dözməyə çalışırıq. Biz çox güclü bir komandaya qarşı oynayırıq. Toparlanmış vəziyyətdə qalmalı və qələbəyə fokuslanmalıyıq.

– Təcrübəniz komandaya nə verir?

– Yaş artdıqca təzyiqlə daha yaxşı mübarizə aparırsan. Mən təcrübəmi nümayiş etdirməyə və sakitliyimi qorumağa çalışıram. İspan dilim o qədər də yaxşı deyil, amma komanda yoldaşlarıma kömək etməyə çalışıram.

– “Barselona”da sənə ən çox nə xoş gəlir?

– Mənə qalib gəlmək çox xoşdur. Bir neçə ay əvvəl mən sadəcə çimərlikdəydim və futbol oynamaq istəmirdim, indi isə Avropanın ən yaxşı komandalarından birindəyəm. Biz məşqlərə inanılmaz dərəcədə çox vaxt sərf edirik və bu, həqiqətən xoşuma gəlir. Ən çox isə qalib gəlməyi sevirəm.

Əgər kimsə mənə desəydi ki, “Barselona” ilə titullar qazanacağam, inanmardım. Amma indi bu turnirdə qələbəyə bir addım daha yaxınam. Mən həm klub, həm də özüm üçün nəsə xüsusi bir şey qazanmağa fokuslanmaq istəyirəm.

Qeyd edək ki, ilk görüş “Barselona”nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu sabah 23:00-da baş tutacaq.

 

Xəbər xətti