"Çelsi" fransızla müqavilə imzalamağı planlaşdırır

11:49 - 15 Aprel 2025

“Brayton”un hücumçusu Jorjinyo Rutter “Çelsi”nin maraq dairəsindədir.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, London təmsilçisi Rutter üçün qarşı tərəfə rəsmi təklif göndərib.

Bu mövsüm Rütter 34 matçda iştirak edib, 8 qol vurub və 5 asist edib.

22 yaşlı vinger “Renn”, “Hoffenhaym”, “Lids” klublarında oynayıb.

Xəbər xətti