"Nyukasl" braziliyalı hücumçu üçün 72 milyon avro təklif edəcək

20:52 - 14 Aprel 2025

"Vulverhempton"un hücumçusu Mateus Kunyanı transfer etmək istəyən klubların sihahısı genişlənir.

Sportal.az xəbər verir ki, "Nyukasl" da braziliyalı forvardın xidmətində maraqlıdır. Bu barədə "Daily Mail" həşri məlumat yayıb.

"Sağsağanlar" Kunyanı yayda heyətinə qatmağa çalışacaq. "Nyukasl" 25 yaşlı hücumçu üçün onun klubuna 72 milyon avroluq təklif göndərəcək.

"Sambaçı" ilə "Arsenal", "Mançester Yunayted" və "Çelsi" də yaxından maraqlanır.

Qeyd edək ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ilin yanvar ayında "Atletiko"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti