"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeiro ilə müqavilənin müddəti uzadılıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/2026-ci il mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İ. Ribeiro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.
saytlarin hazirlanmasi