Karlo Ançelotti: "Arsenal"la matçı səbirsizliklə gözləyirəm"

21:26 - 15 Aprel 2025

"Real" Çempionlar Liqası 1/4 final mərhələsinin cavab görüşü doğma meydanda "Arsenal"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib. İtaliyalı mütəxəssis oyunu səbirsizliklə gözlədiyini bildirib:

"Arsenal"la oyunun "Real"dakı gələcəyimə təsir edəcəyini düşünmürəm. Sabahı səbirsizliklə gözləyirəm. Bu, mənim ilk böyük oyunum deyil. Ümid edirəm sonuncu da olmayacaq. Həyəcanlıyam".

Qeyd edək ki, "Real" - "Arsenal" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında İngiltərədə keçirilən ilk oyun ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti