"Bizə heç vaxt təslim olmamağı öyrədirlər, bu artıq qanımızdadır"

00:05 - 15 Aprel 2025

Marselo “Real”ın Çempionlar Liqasında yarımfinala çıxacağına inanır.

Sportal.az xəbər verir ki, "kral klubu"nun sabiq futbolçusu 16 aprel keçiriləcək "Arsenal"la cavab qarşılaşması öncəsi maraqlı fikirlər səsləndirib:

"Real"ı heç vaxt hesabdan silmək olmaz. Üç qol çoxdur, amma mən həmişə "Real"ı düşünürəm və inanıram ki, bu komanda geridönüş edəcək. "Real"– bu "Real"dır, o həmişə geridönüş etməyi bacarır.

Cavab oyunu "Bernabeu"da olacaq, azarkeşlər komandaya coşqu ilə dəstək verəcəklər, futbolçular isə inanır ki, hər şey mümkün ola bilər. Əlbəttə, nəticənin necə olacağını bilmirik, amma "Real"ın möhtəşəm bir dönüş edəcəyinə inanırıq.

Ora gəldiyimiz gündən bizə heç vaxt təslim olmamağı öyrədirlər, bu artıq bizim qanımızdadır. Bu illərdir belədir. Məsələ təkcə DNT-də deyil, həm də zəhmətdə, təvazökarlıqda, gündəlik fədakarlıqda və azarkeşlərin dəstəyindədir. Bütün bunlar birlikdə istədiyimiz effekti yaradır.”

Qeyd edək ki, 1/4 finalın ilk qarşılaşmasında "Arsenal" 3:0 hesablı qələbə qazanıb.

Xəbər xətti