"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə hazırdır.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" braziliyalı futbolçunu heyətinə qatmaq üçün mübarizə aparır. Bu barədə "Tutto Mercato" məlumat yayıb.
Edersonun İtaliya klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği var. Mançester təmsilçilərinin transfer yarışında "qırmızı şeytanlar"ın daha şanslı olduğu bildirilir.
Qeyd edək ki, "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi