Azər Bağırov: "Möhtəşəm oynadıq"

19:36 - 13 Aprel 2025

"Kəpəz" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində öz meydanında "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatın liderlərindən birinə qarşı möhtəşəm oynadıq. Epizodları qola çevirə bilməsək də, uşaqlara tşkkkür edirəm. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.

- Rati Ardazeşvili ilə Luis Paçunu əvəzləməyinizin səbəbi nə idi?

- Oyunun gedişatı yenilənmə tələb edirdi. Onları təhlükəyə ata bilmərik. Hücumda sürəti artırmaq istədik. Bu, bəzi epiozdlarda alındı. Son nöqtəni qoya bilmədik. Sonradan meydana daxil olanlar oyuna pis qoşulmadı.

- Camal Cəfərov 3 epizodda fərqlənə bilmədi. Sizcə, qol vurmaq üçün nə çatmadı?

- Texniki keyfiyyətlərdir. Camal yaxşı fiutbolçudur. Sadəcə qol duyumunda geri qalır. Çoxdandır oynamamağı buna səbəb ola bilər.

- Mahammadu Banın durumu necədir?

- Sabahdan məşqlərə başlayacaq. "Sabah"la matçda ciddi zədə almışdı. Ümumi durumu normaldır. Qırıq-çıxıq yoxdur.

Elçin Əlixan

Xəbər xətti