Millimizin üzvü 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

00:53 - 13 Aprel 2025

Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" səfərdə "Seul"la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə bitib.

Anton Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 8 turdan sonra aktivində 17 xal olan "Daejeon" turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbər xətti