Pep Qvardiola "Kristal Pelas" üzərində 5:2 hesabı ilə qələbədən sonra bu mövsüm "Mançester Siti"nin problemləri ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Şəhərlilər"in baş məşqçisi bunları qeyd edib:
"Belə bir mövsümdə başqa komandalar 10-cu və ya 12-ci yerdə olardı. Bunu sizə dəqiq deyirəm. Mövsüm ərzində yaşadığımız inanılmaz vəziyyətləri, xüsusilə zədələrlə bağlı olanları nəzərə alsaq, biz çox daha aşağı pillədə olmalı idik. Bu baxımdan Premyer Liqa özü-özlüyündə hər şeyi göstərir.
Bəli, bu ideal nəticə deyil, amma son altı oyunun nəticəsinə əsasən Çempionlar Liqasına vəsiqə qazanmaq imkanımız öz əlimizdədir."
saytlarin hazirlanmasi