UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Superliqası barədə mövqeyini bir daha ifadə edib.
Sportal.az xəbər verir ki, Çeferin "Sky Sport"a açıqlamasında başqa məqamlara da toxunub:
"Yeni formatla biz avrokubokları daha maraqlı etdik – hər qol hər şeyi dəyişir. Yeni sistem kiçik klublara da kömək edir və Sloveniya təmsilçisi 'Cele' bunu sübut edir – Konfrans Liqasında 1/4 finala yüksəlib.
Superliqa? O mövcud deyil. Bu məsələ ilə bağlı son söz çoxdan deyilmişdi."
saytlarin hazirlanmasi