"Fənərbaxça"nın hücumçusuna İtaliyadan təklif

21:57 - 10 Aprel 2025

Mövsümün sonunda "Fənərbaxça" ilə müqaviləsi başa çatan Edin Ceko İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Fiorentina" bosniyalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

A Seriyası klubu Ceko ilə danışıqlara başlamağı planlaşdırır. 39 yaşlı forvardla İtaliyada "Fiorentina"dan başqa bir klubun da maraqlandığı bildirilir.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayında "İnter"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Fənərbaxça"ya keçib. 

Xəbər xətti