Fabreqas Almaniya klubunu çalışdıra bilər

12:52 - 11 Aprel 2025

"Komo"nun baş məşqçisi Sesk Fabreqas "Leyptsiq"in yeni baş məşqçisi olmağa əsas namizədlərdən biridir.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi ispan mütəxəssislə danışıqlara start verməyə tələsmir.

Çünki o, bu vəzifəyə yeganə namizəd deyil. Onlar "Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner, “Əl-Əhli”dən Mattias Yaysle, “Şeffild Uensdey”in çalışdırıcısı Danni Rell və hazırda işsiz olan Rojer Şmidtin namizədliyini də gözdən keçirir. Lakin bu mübarizədə əsas favorit Fabreqasdır. 

Xatırladaq ki, martın 30-da “Leyptsiq” Marko Rouzun baş məşqçi postundan qovulduğunu açıqlamışdı.

Fabreqas 2024-cü il iyulun 19-dan “Komo”ya rəhbərlik edir və müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti