"Neftçi"nin futbolçusu üçün mövsüm başa çatdı? - əməliyyat ediləcək

18:57 - 12 Aprel 2025

"Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərovun mövsümün qalan hissəsini buraxmaq ehtimalı yüksəkdir.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 29-cu turunun "Şamaxı" ilə oyununda (2:0) çiynindən zədələnən Səfərov matçı davam etdirə bilməmiş və əvəzlənmişdi.

Onun əməliyyat ediləcəyi gözlənilir.

Səfərovun sağalaraq, kollektivə qoşulması isə mövsümün sonuna təsadüf edəcəyi ehtimal edilir. 

Xəbər xətti