İspaniyanın "Sevilya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Xuanlu Sançesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya U-21 millisinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Xuanlu Sançes "Sevilya"nın yetirməsidir. 21 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi