"Hypers Guba"nın azarkeşləri qaydaları pozdu, AFFA cərimələdi

14:16 - 11 Aprel 2025

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsində aşağıdakı qərarlar qəbul edilib:

II Liqa XX tur

08.04.2025-ci il tarixində II Liqada XX turun “Şahdağ Qusar” – “Hypers Guba” oyunu bitdikdən sonra “Hypers Guba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 52.2);

09.04.2025-ci il tarixində II Liqada XX turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 82-ci dəqiqəsində “Araz Saatlı” klubunun 8 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

09.04.2025-ci il tarixində II Liqada XX turun “Dinamo” – “Şəmkir” oyununun 33-cü dəqiqəsində “Dinamo” klubunun 10 nömrəli futbolçusu Ziya Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

09.04.2025-ci il tarixində II Liqada XX turun “Dinamo” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Dinamo” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

09.04.2025-ci il tarixində II Liqada XX turun “Dinamo” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 37).

Xəbər xətti