"Səbail" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, bizi ağır oyun gözləyir. "Qarabağ"ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istəyirik.
- Futbolçu kimi demişdiz ki, Birinci Liqada oynamaram. Məşqçi karyeranız Birinci Liqaya doğru gedir. Orada işləyərsiz?
- Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Yeni başlamışam.
- Matçın əvvəlində ardıcıl qollar olmasaydı, daha çox müqavimət göstərərdiz?
- "Qarabağ"ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, "Qarabağ" səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı.
- Dediz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz?
- Bəlkə bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Avropa futbolunda nə qədər gənc məşqçi var.
- Şahin Diniyevdən sonra komandaya siz dəvət edildiz. Rəhbərlik sizi həmin vaxt saxlasaydı, vəziyyət başqa cür olardı?
- Bu barədə böyük-böyük danışmaq istəmirəm. Bəlkə bundan betər, ya daha yaxşı ola bilərdik. Gələcəyə baxmaq, bunun da altından qalxmaq lazımdır.
- Belə çətin vaxtda özünüzə necə motivasiya verirsiz?
- Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Zaman lazımdır.
- "Kəpəz"lə xal fərqini aradan qaldırmağı şansa, möcüzəyə bağlayırsız?
- Futbolda hər şey mümkündür.
- Cavid Hüseynov demişdi ki, rəhbərlik komandanın yanında deyil. İndi rəhbərlik komandanın yanındadır?
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz aqrumenti var. Onun əvəzinə danışa bilmərəm. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam.
Mirbağırağa
saytlarin hazirlanmasi