Peres "Milan"ın futbolçusunu "Real"a gətirmək istəyir

14:15 - 12 Aprel 2025

"Milan"ın futbolçusu Ticani Reynders karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" niderlandlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Madrid klubunun prezidenti Fiorentino Peres Reyndersi komandada görmək istəyir. "Real" yayda 26 yaşlı orta xətt oyunçusunu heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Milan" Ticani Reyndersi 2023-cü ilin yayında "AZ Alkmar"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti