Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salahın gələcəyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, misirli ulduz Premyer Liqa nəhəngində qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Salahla 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan transfer edib. 32 yaşlı vinger bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi