"Qalatasaray" "Samsunspor" səfərindən 3 xalla qayıdır - VİDEO

23:57 - 11 Aprel 2025

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Samsunspor"un qonağı olan "Qalatasaray" 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qalatasaray" 74 xalla liderliyini davam etdirir. "Samsunspor" isə 51 xalla 3-cü pillədə qərarlaşıb.

Türkiyə Super Liqası
31-ci tur

"Samsunspor" - "Qalatasaray" 0:2
Qollar: Y. Akgün, 14, V. Osimhen, 46

Xəbər xətti