"Barselona"nın futbolçusu Ansu Fati La Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Jirona" ispaniyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
La Liqa təmsilçisi Fatini satınalma bənfi ilə icarəyə götürməyi planlaşdırır.22 yaşlı futbolçu ilə "Valensiya" və "Sevilya" da maraqlanır.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi