“Sumqayıt”ın Müşahidə Şurasının üzvü vəfat etdi

14:50 - 12 Aprel 2025

"Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, A.Məmmədov həmçinin Şimal Regional Futbol Federasiyasının prezidenti idi.

Xəbər xətti