Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Silk Way West Airlines arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sportal.az xəbər verir ki, Silk Way West Airlines 12 müasir Boeing 777F, Boeing 747-8F və Boeing 747-400F yük təyyarəsindən ibarət donanması ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli olaraq hər ay dünyanın müxtəlif ölkələrinə yüzlərlə reys həyata keçirir.
Şirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, marşrut şəbəkəsi isə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika daxil olmaqla 40-dan çox istiqaməti əhatə edir.
saytlarin hazirlanmasi