AFFA-nın Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəf mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, federasiya rəhbəri UEFA-nın qərarı ilə 2020-ci ildə Vətən müharibəsi zamanı yazdığı statusa görə futboldan ömürlük uzaqlaşdırılan "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovun məsələsi haqda da fikrini bildirib. İbrahimov özü də, məsələ haqda feysbuk səhifəsində paylaşım edib:
"Bugün dəyərli Kənan Məstəliyev AFFA rəhbərliyindən UEFA-nın haqqımda çıxardığı qanunsuz qərarıyla bağlı fikrini soruşub. Cavabdan anladığım qədər məsələdən xəbərdar olduqlarını və yeni rəhbərliyə qərarın UEFA standart və qaydalarına görə verildiyi söylənilib. Öncəliklə, qurum rəhbərliyinə ən azından məsələdən hali olub, maraqlandıqlarına görə təşəkkür edirəm.Amma hər ehtimala qarşı bilməyənlərə görə də xatırladım ki, haqqımda verilən qərarın heç bir hüquqi əsası yox idi. Bunu mən yox işi sonradan göndərdiyimiz dünyanın məşhur vəkilləri bildirib.
Qərarı gördüklərində şoka düşüb, bunun siyasi qərar olduğunu bildirmişdilər. Analoqsuz qərar kimi dəyərləndirmişdilər. UEFA səbəbsiz olaraq1 il işimizə baxmaqdan qaçdı, ən sonda heç bir hüquqi əsası olmadan işə baxmadı. CAS-a (İdman Arbitraj Məhkəməsi) getdik, UEFA işə baxılmaması üçün (Qərarın dəyişəcəyi üçün) təzyiqlər göstərdi. Vəkil kimi Fərid Haqverdiyev təslim olmadı, nə qədər bürokratik əngəli aşaraq işi CAS- daşımağa çalışdı. CAS işə baxmağı qəbul edəndə UEFA bu işdə ən bahalı vəkilləri tutdu ki, vəziyyətdən çıxsın. Bu işdə mənə təmənnasız dəstək olan Fərid CAS prosesində UEFA-nın bütün arqumentlərini hüquqi əsaslarla boşa çıxardı. Kaş prosesin videogörüntüləri olardı, hər şey o qədər aydın idi ki.. 1 ildən çox CAS qərar qəbul etmədi. 2022-in Avqustunda əldə etdiyimiz məlumatlara görə, üstündən 2 il keçdiyinə görə və zatən qərarın absurd olmasına görə CAS şərti cəzayla məsələni bağlayacağı xəbərlərini aldıq. Amma anidən 1 ay ay sonra müəyyən səbəblərdən qərar qüvvədə saxladılar. Və çox maraqlıdı ki, heç bir əsas göstərmədən bunu etdilər) Həyat davam edir, çox şükür ölkə olaraq haqq davası xeyrimizə sonlandı. Nə olursa yaxşılığa olur)
Elə ona görə də hər zaman dediyim və inandığım haqq nazilər, üzülməz. Üzülməyəcək də..
PS. Bu arada Kənanın timsalında təmənnasız son 4 ildə məsələni gündəmdə saxlayaraq ən azında vicdanən məsələyə "əl" tutmağa çalışan bütün həmvətənlərimə təşəkkür edirəm".
saytlarin hazirlanmasi