Avropa çempionatı: güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

20:12 - 11 Aprel 2025

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli finala yüksəlib. 55 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Manvel Xaçatryana 5:1 hesabı ilə qalib gəlib.

Təcrübəli güləşçi 4-cü dəfə qitə birinciliyində finala vəsiqə qazanıb.

Xəbər xətti