FIFA Türkiyənin "Konyaspor" klubuna transfer qadağası tətbiq edib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi 3 transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
"Konyaspor" keçmiş futbolçuları Aleksandru Çikaldau və Mame Diufa olan borclarlna görə ağır cəzaya məruz qalıb. "Ağ-yaşıllar"In futbolçulara 200 min avro borcu var.
Qeyd edək ki, "Konyaspor" Super Liqada 30 turdan sonra 34 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi