"Birinci qolda əsas məsuliyyət onun üzərində idi" - sabiq futbolçu Onananı günahlandırdı

00:14 - 12 Aprel 2025

“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Lion”la 2:2 hesablı heç-heçə edib. Andre Onananın buraxdığı səhvlər nəticəsində rəqib 25-ci və 95-ci dəqiqələrdə qol vurub.

Sportal.az xəbər verir ki, klubun əfsanəvi sabiq yarımmüdafiəçisi Pol Skoulz oyundan sonra qapıçını tənqid edib:

“Düşünürəm ki, birinci qolda əsas məsuliyyət Onananın üzərində idi. Bu, böyük səhv idi. Epizod bir qədər çətin idi, amma o, daha yaxşı oynamalı idi. Ümumilikdə, nəticə ədalətlidir. Lion daha yaxşı oynadı və daha çox imkan yaratdı. Amma 'Mançester Yunayted' son dəqiqədə buraxdığı qola görə məyus olacaq.”

Onlar cavab oyununda evdə yaxşı vəziyyətdədirlər və yenə də əsas favorit hesab olunurlar, amma oyunlarını yaxşılaşdırmalı olacaqlar.”

Xəbər xətti