"Bavariya" Almaniya millisinin üzvü ilə anlaşdı

18:57 - 11 Aprel 2025

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Leroy Sane ilə anlaşıb.

Sportal.az xəbər verir ki, Bundesliqanın lideri almaniyalı vingerlə yeni sözləşmə barədə razılıq əldə edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Sanenin maaşı azaldılacaq. 29 yaşlı ön xətt oyunçusu illik 10 milyon avro maaş alacaq. Onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti