İlin sonunda "İnter Mayami" ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, argentinalı hücumçu ABŞ klubunda qalacaq. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Messi müqaviləsinin müddətini daha 1 il artıracaq. Tərəflər arasında razılıq əldə olunub. 37 yaşlı futbolçu 2026-cı ilin sonuna kimi klubunda qalacaq.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Ulduz futbolçu bu mövsüm MLS təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi