AFFA-nın Hesabat Konfransı keçiriləcək - bu məsələlər müzakirə olunacaq

17:55 - 10 Aprel 2025

Aprelin 11-də “Baku Marriott Hotel Boulveard”da AFFA-nın Hesabat Konfransı keçiriləcək.

Sportal.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 

1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi

2. Konfransın tərkibinin yoxlanılması

3. AFFA prezidentinin çıxışı

4. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı

5. Maliyyə Hesabatları

6. Müstəqil auditorun hesabatı

7. AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat

8. Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı

9. Digər məsələlər.

Xəbər xətti