Kriştiano Ronaldo "Əl-Nəsr"də daha iki mövsüm keçirə bilər. Səudiyyə Ərəbistanı klubu Portuqaliya millisinin 40 yaşlı hücumçusu ilə əməkdaşlığın uzadılmasında maraqlıdır.
Sportal.az xəbər verir ki, "Sportitalia"nın yaydığı məlumata görə, "Əl-Nəsr" artıq Ronaldoya müqaviləni iki il – 2027-ci ilin yayına qədər uzatmağı təklif edib.
Hazırkı müqavilə 2025-ci il iyunun 30-na qədər qüvvədədir.
Qeyd edək ki, Kriştiano bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 25 oyunda 21 qol vurub və bombardirlər yarışına başçılıq edir.
saytlarin hazirlanmasi