AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o danışılmış oyunlarda bağlı cəzaların sərtləşdiriləcəyini bildirib:
"Qanunvericiliyə əsasən, danışılmış oyunlardan uzaq olmağı tələb edirik. Xahiş etmirik. Futbolçu və futbol ailəsinə yaraşmayan, etikadan kənar olan davranışlar daha sərt şəkildə cəzalandırılacaq. Müxtəlif müzakirələr aparılır. Tətbiq olunan cəzalar daha da sərtləşdiriləcək. İnkişafa nail olmaq istəyiriksə, xoşagəlməz halların, danışılmış oyunların, qeyri-etik davranışların qarşısı sərt şəkildə alınacaq".
saytlarin hazirlanmasi