Səudiyyə Ərəbistanı çempionatında 27-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, ulduz futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” öz meydanında "Əl-Riyad"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ronaldo bu matçda dubl etməklə karyerasının 932 və 933-cü qollarını vurub.
Qeyd edək ki, “Əl-Nəsr” bu qələbə ilə xallarının sayını 57-yə yüksəldərək turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi