"Elə bilirdim ki, bu, mənim ehtirasımın bir hissəsini itirməyimə səbəb ola bilər" - yığmaya getməməsinə aydınlıq gətirdi

00:53 - 15 Aprel 2025

Karlo Ançelotti İtaliya yığmasının baş məşqçisi olmağından imtinasının səbəbini izah edib.

Sportal.az xəbər verir ki, "Real"a gəlməmişdən öncə yığmadan təklif alan Ançelotti təklifi qəbul etməməsinə belə aydınlıq gətirib:

"İmtina etdim, çünki bunu istədiyimi hiss etmirdim. Mən hər gün bazada olmaqdan, məşqlərə hazırlaşmaqdan çox zövq alıram, yığma isə mənə bir növ əlavə iş kimi görünürdü. Elə bilirdim ki, bu, mənim ehtirasımın bir hissəsini itirməyimə səbəb ola bilər. Məhz buna görə imtina etdim." 

 

Xəbər xətti