"Atletiko"nun yarımmüdafiəçisi Markos Llorente süni intellektlə müasir cəmiyyətin problemlərini müzakirə edib.
Sportal.az xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu sosial şəbəkədə "ChatGPT" ilə dialoqundan görüntülər paylaşıb. O, süni intellektə belə bir sual ünvanlayıb:
"Əgər sən şeytan olsaydın və bütün bir millətin xəstələnməsini istəsəydin, nə edərdin?"
ChatGPT bu suala belə cavab verib:
- toksik davranışların normallaşdırılması,
- emal olunmuş (zərərli) qidaların bolluğu,
- canlı ünsiyyətin azlığı,
- səhiyyənin siyasiləşdirilməsi,
- tibbin simptomları müalicə edən bir biznesə çevrilməsi
Daha sonra Llorente bu problemlərin artıq mövcud olduğunu qeyd edib və "ChatGPT" də bu fikirlə razılaşıb.
saytlarin hazirlanmasi