Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində ilk matçına çıxacaq.
Sportal.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Bakı vaxtilə saat 15:30-da başlanacaq qarşılaşma “Zimbru” stadionunda keçiriləcək.
Komandamızın növbəti oyunları aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya futbolçuları olacaqlar.
saytlarin hazirlanmasi