"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Portuqaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Benfika" türk vingeri transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Lissabon klubu mövsümün sonunda müqaviləsi başa çatan Anxel Di Mariyanın yerinə Yunusu düşünür. "Benfika"nın 24 yaşlı ön xətt oyunçusu üçün Türkiyə klubu ilə danışıqlara başlamağa hazırlaşdığı bildirilir.
Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Benfika"da Türkiyə yığmasının üzvləri Kerem Aktürkoğlu ilə Orkun Kökcü çıxış edir.
saytlarin hazirlanmasi