"İnter"dən İnzagi qərarı

19:21 - 15 Aprel 2025

"İnter" rəhbərliyi baş məşqçi Simone İnzaginin işindən razıdır.

Sportal.az xəbər verir ki, son İtaliya çempionu və A Seriyasının lideri italyan mütəxəssislə yola davam edəcək. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"İnter" İnzaginin müqaviləsinin müddətini uzadacaq. Klub yeni sözləşmədə 49 yaşlı məşqçinin maaşını artırmağı da düşünür.

Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Onun klubla hazırkı müqaviləsi gələn ilin iyul ayında başa çatır.

Xəbər xətti