Futzal üzrə milli komandamız AVRO-2026-nın əsas mərhələsi çərçivəsində bu gün son oyununa çıxıb.
Sportal.az xəbər verir ki, yığmamız 1-ci yeri təmin edən Xorvatiya ilə qarşılaşıb. Komandamız öz meydanında 1:4 hesabı ilə məğlub olub.
Nəticədə 6 oyunda cəmi 2 xal toplayan Azərbaycan yığması qrup mərhələsini sonuncu pillədə başa vurub.
AVRO-2026
15 aprel
20:00 Azərbaycan – Xorvatiya 1:4
Qollar: Oktay Rüstəmli, 21:05 - David Mataja, 5:56; 11:05. Yosip Yurlina, 8:48. Nikola Qudasiç, 31:33
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Bakı İdman Sarayı.
saytlarin hazirlanmasi